Buyar Osmani ilə Azərbaycan XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət

Buyar Osmani ilə Azərbaycan XİN rəhbərləri arasında telefon danışığı olub

Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla telefonla danışıb. 

"Respublika" xəbər verir ki, bu barədə Osmani özünün “Twitter” hesabında məlumat verib.

ATƏT sədri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Laçın yolundakı vəziyyəti müzakirə edib.

Nəzrin ELDARQIZI,

"Respublika".