Bu, həqiqətən unudulmaz bir an oldu
Gündəm

Bu, həqiqətən unudulmaz bir an oldu

“Bu, həqiqətən unudulmaz bir an oldu. İlk dəfə prezident seçkilərində səs vermək, öz iradəmi ifadə etmək imkanı tapmaq mənim üçün çox mühüm idi”.

Bu fikirləri “Respublika”ya açıqlamasında 8 saylı Binəqədi birinci Seçki Dairəsinin 7 saylı məntəqəsində səs verən Ayxan Hüseynli bildirib.

O deyib: “Seçki məntəqəsinə addım atarkən hiss etdiyim məsuliyyət duyğusu və demokratiyanın bir parçası olmaq hissi məni təsirləndirdi. Bu mənə vətəndaş olaraq öz səsimin dəyərini və gücünü daha yaxşı anlamağa kömək etdi”.

Musa Bağırlı,

“Respublika”.