Bolqarıstan Xalq Məclisinin sədri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Siyasət

Bolqarıstan Xalq Məclisinin sədri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

"Respublika" xəbər verir ki, Bolqarıstan nümayəndə heyətinin üzvləri Ulu Öndərin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyublar.