BMT “Beynəlxalq Təmiz Enerji Günü”nün elan edilməsi ilə bağlı qətnamə qəbul edib
Dünya xəbərləri

BMT “Beynəlxalq Təmiz Enerji Günü”nün elan edilməsi ilə bağlı qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMT) Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təsis edildiyi 26 yanvar tarixinin “Beynəlxalq Təmiz Enerji Günü” elan edilməsi ilə bağlı qətnamə qəbul edilib.

"Respublika" xəbər verir ki, təmiz enerjiyə hədəflənən xüsusi günün yaradılması enerji keçidinə nail olmaq, həmçinin “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi”nin icrası istiqamətdə işlərin sürətləndirilməsinə töhfə verəcək.