Birinci xanımlar Bakıdakı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar
Sosial həyat

Birinci xanımlar Bakıdakı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

İyunun 13- Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıdakı DOST İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqlara Mərkəz haqqında məlumat verib.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi həssas əhali qruplarından olan şəxslər, o cümlədən şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər onların övladları, valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin yaradıcılıq potensialının, digər bacarıqlarının ortaya çıxarılmasına inkişafına kömək etmək, onlara sosial-psixoloji dəstək göstərməkdir.

Təxminən ilyarım əvvəl yaradılan Mərkəzdə hazırda 14 istiqamət üzrə 180-dən çox benefisiarın təlim aldığı diqqətə çatdırılıb.

 Qonaqlar Mərkəzdəki audio-səsyazma, floristika landşaft dizaynı, metal ağac üzərində oyma, xalçaçılıq, toxuma tikmə, keramika, musiqi, təsviri sənət studiyalarında keçirilən təlimlərlə, o cümlədən kitabxana ilə tanış olublar.

Azərbaycan Türkiyənin birinci xanımları Mərkəzin təlimçiləri təlim alanlarının, inklüziv kamera orkestrinin ifasında musiqi nömrələrini dinləyib, benefisiarların əl işlərindən ibarət sərgi ilə tanış olub, onlarla şəkil çəkdiriblər.

Sonda qonaqlara hədiyyələr təqdim olunub.

AZƏRTAC