Şəhid ailələri unudulmur
Sosial həyat

Şəhid ailələri unudulmur

Bu günlər Lerik rayon Mədəniyyət Mərkəzinin, mərkəzin nəzdində fəaliyyət göstərən müəssisələrin əməkdaşları Vətən müharibəsi şəhidləri Zahir Sədyar oğlu Əliyevin, İskəndər Vüqar oğlu Dövlətlinin və Birinci Qarabağ müharibəsində itkin düşmüş Akşin Tarverdi oğlu Dövlətovun ailələrini ziyarət ediblər.

Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən danışıb, müharibə meydanında son nəfəsə qədər vuruşub şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən sevdalıların şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Bildirilib ki, şəhidlərimiz haqq savaşımızda canlarını qurban verməklə gələcək nəsillərimiz üçün örnək olacaq bir tarix yazıb qoydular. Şəhid ailələrinə, müharibə veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin Vətənlə bir yaşayacağı vurğulanıb.

Şəhid ailələri isə öz növbəsində göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Günün axırında isə rayonun Soru kəndində ucaldılmış "Şəhidlər Abidə Kompleksi", şəhid məzarları ziyarət olunub.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.