Bioloji qohumluğu olan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək
Sosial həyat

Bioloji qohumluğu olan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək

Nikahın bağlanmasına maneə törədən hallar artır.

"Respublika" xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirilən iclasında müzakirəyə çıxarılmış Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilmir.