Biləsuvarda suvarma suyundan   səmərəli    istifadə    olunur.
Digər xəbərlər

Biləsuvarda suvarma suyundan   səmərəli    istifadə    olunur.

Biləsuvar   təkcə   Aran   bölgəsinin   deyil,bütövlükdə   ölkənin   ən  iri   rəsərrüfat  rayonlarındadır.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən “Respublika”ya bildirilib ki, Biləsuvar rayonu üzrə 52780   hektar suvarılan torpaq sahəsi mövcuddur. Bu sahələrə Biləsuvar Suvarma Sistemləri İdarəsi xidmət edir. 2023 – cü təsərrüfat ilində 46304 hektar  payızlıq və yazlıq kənd təsərrüfatı bitkiləri əkilib ki, hazırda bu sahələrin suvarılması uğurla davam edir. Bu il 6013 hektar sahədə pambıq əkilib və bundan 645 hektarı arat  olub, 5667 hektar  səp- suvar, 4200 ha birinci vegetasiya suyu ilə təmin olunub. Hazırda pambıq sahələrinin suvarılması davam etdirilir. Son aylarda Araz çayında suyun lil və çöküntülü olması ilə əlaqədar suvarma kanallarında təkrar olaraq lildən təmizlənmə işləri görülür.

Araz çayında nisbətən su sərfi aşağı olduğundan magistral kanallara suyun verilməsi növbəlilik qrafiki  əsasında həyata keçirilir. Belə ki, suvarma suyu Köhnə Cənubi Muğan kanalına verilir. Suvarma suyunun maneəsiz və itkisiz olaraq sahələrə çatdırılması üçün kanallar həm  əllə, həm də texnikalara vasitəsi ilə lildən və kol kosdan təmizlənir. Eyni zamanda, 5 kilometrdən artıq uzunluğunda nov kanallar cari təmir olunub. Bundan başqa, plana uyğun olaraq bu lin 6 ayı ərzində 178 km təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib.

Qeyd edək ki, Biləsuvar Suvarma Sistemləri İdarəsinin balansında 69 ədəd nasos stansiya var.

Nəriman   CAVADOV,

“Respublika”.