Biləsuvar: Tədris, Araşdırma və təcürbə mərkəzinin açlışı
Region

Biləsuvar: Tədris, Araşdırma və təcürbə mərkəzinin açlışı

Mərkəzin açılış mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvar rayonunun  iri  kənd  təsərrüfatı  rayonu  olduğunu diqqətə  çatdırıb. Tədris, Araşdırma və Təcrübə Mərkəzinin bu istiqamətdə fermerlərə göstərəcəyi xidməti  yüksək  qiymətləndirib,kollektivə  bu sahədə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Tədbirdə  çıxış  edən  “Hektaş A.Ş” şirkətinin  Baş  Direktoru H.Zafer Terzioğlu, EMA” QSC  sədri Əbdülhüseyn  Abdullayev bildiriblər ki,   fermerlərin və kəndlinin dostu olan mərkəzin fəaliyyətinin əsas  istiqamətləri rayondakı  fermer və mülkiyyətçilərə  kənd  təsərrüfatı  birtkiləri  üçün dərman  və gübrələrin  satışının təşkil  edilməsi, onların  kənd  təsərrüfatı  texnikaları ilə təminatı, torpaq və suyun analizi üçün laboratoriya, aqronom məsləhəti, kadrların hazırlanması məqsədilə təlim mərkəzi, yerli  iqlim şəraitinə uyğunlaşan  kənd  təsərrüfatı  bitkilərinin yetişdirilməsi  üçün təcrübə  sınaq  məntəqəsinin fəaliyyəti  olacaqdır.

         Ərəstun ABDULOV, 

          “Respublika”.