Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edilib
Gündəm

Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Haşımov Zamik Bəylər oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Belarus Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə "Respublika"ya Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Zamik Haşımovun qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Avqustun 3-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Zamik Haşımov Belarus Respublikasından ölkəmizə gətirilib.