“BERNAMA”: COP29 Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəyə sarsılmaz bağlılığını əks etdirir
Diaspora

“BERNAMA”: COP29 Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəyə sarsılmaz bağlılığını əks etdirir

Bu ilin noyabr ayında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Mötəbər tədbirin Bakıda keçirilməsi və ona sədrlik etməsi ölkənin təkcə milli səviyyədə deyil, həm də regional və qlobal miqyasda iqlim dəyişmələri probleminin həllinə səy göstərdiyini əks etdirir.

Bu barədə Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Bernama xəbər agentliyinə müsahibəsində bildirib ki, indi Azərbaycan dünya ictimaiyyətini davamlı inkişafa əsaslanan gələcəyə yönəltməyə çalışır, çünki iqlim dəyişmələri ilə mübarizə olduqca məsuliyyətli prosesdir.

Səfir bildirib ki, COP29-un baş tutması, həmçinin Azərbaycanın böyük həcmdə enerji ixracatçısı olmasına baxmayaraq, “yaşıl enerji” yə keçid üçün yeni planlar hazırlaması təqdirəlayiq haldır. Şübhəsiz, bütün bunlar mühüm təşəbbüsləri həyata keçirən Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə bağlıdır.

Nurlan ABDALOV,

“Respublika”.