Bayram tədbiri keçirilib
Region

Bayram tədbiri keçirilib

Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissənin poliqonunda Yel çərşənbəsi münasibətilə tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov Novruz bayramı münasibətilə hərbi hissənin əsgər və zabitlərini təbrik edərək bildirib ki, ənənələrin qorunub saxlanılması milli-mənəvi dəyərlərimizə hörmət və sevginin təzahürüdür. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi olaraq ölkəmizdə Novruz ümumxalq və dövlət bayramı səviyyəsində qeyd edilir. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı uğurlu siyasət nəticəsində Novruz bayramı beynəlxalq səviyyədə tanınır. Bu il bütün xalqımız Novruz bayramını Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun yaratdığı yeni reallıqlar şəraitində qarşılayır. İndi Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bunu 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində əldə etdiyimiz Böyük Qələbə bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın Zəfər tarixi yazıldı, torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Çıxış edən korpus komandiri polkovnik Oruc Abdullayev şəxsi heyəti bayram münasibətilə səmimi-qəlbdən təbrik edərək, onlara cansağlığı və xidməti fəaliyyətlərində uğurlar diləyib. Tonqal yandırıldıqdan sonra tədbir bayram şənliyi ilə davam edib.

Vəli VƏLİYEV,

"Respublika".