Baş nazir Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 15- ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ş.Papuaşvilinin Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib.

Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsindən strateji tərəfdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə olunub.

İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu təqdir edilib.

Eyni zamanda, ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, humanitar digər sahələrdə münasibətlərin genişləndirilməsi perspektivləri müzakirə olunub.