Baş nazir Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşüb
Digər xəbərlər

Baş nazir Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşüb

Noyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib.

AZƏRTAC