Erməni separatizmi məhvə məhkumdur
Digər xəbərlər

Erməni separatizmi məhvə məhkumdur

XIX əsrdən etibarən haylar işğalçılıq niyyətlərini həyata keçirmək tarixi torpaqlarımızda "böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün hər yola əl atmış, Azərbaycan türk xalqlarına qarşı dəhşətli soyqırımları törətmişlər. SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçuların başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarına əsasən 150 min azərbaycanlının deportasiyaya məruz qalması, öz tarixi vətənindən zorla köçürülərək Azərbaycan Respublikasının ərazisində yerləşdirilməsi bu yerlərdə etnik kökənin dəyişdirilməsinə hesablanmışdı. O zaman tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1988-ci ildə Ermənistanda Azərbaycana qarşı separatçı hərəkat genişmiqyaslı hərbi toqquşmalarla müşayiət edildi. 1994- ilə qədər qlobal güc dairələrinin, xristian mərkəzlərin fonunda davam edən bu hərbi təcavüz Azərbaycanın suveren ərazilərinin, Qarabağ 7 ətraf rayonun işğal altına düşməsi ilə nəticələndi.

Heç vaxt dövləti dövlətçilik tarixi olmayan ermənilər Anadoluda Qafqazda özlərinə dövlət qurmaq üçün separatizm terrorizmi seçərək ümumən türk xalqının firavan gələcəyinə kölgə salmışlar. Separatizmin ilk addımlarından sayılan bu aktlar hayların gələcəkdə törədəcəkləri çirkin əməlləri özündə ehtiva edirdi. Bu səbəbdən , erməni siyasi partiyalarının gizli silahlı birləşmələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə yanaşı, etnopsixoloji kontekstdə Ermənistana qarşı beynəlxalq fikir formalaşdırılmalı bu istiqamətdə adekvat addımlar atılmalıdır. Azərbaycana qarşı aparılan separatçılıq soyqırımı siyasətinin miqyasına, törədilən vəhşilik cinayətlərə görə Ermənistan tərəfi cəzalandırılmalıdır.

Haylar psixoloji cəhətdən şovinist təbiətlidirlər. Çünki erməni kilsəsi təhsil ocaqları tərəfindən tarixən bu xalqın şüuruna "biz məzlum seçilmiş ermənilər qatil düşmən türklərdən qisas almalıyıq" fikirləri aşılanmışdır. Məhz bu çərçivədə birbaşa dövlət dairələrinin ortaya atdığı heç bir tarixi əsası olmayan uydurulmuş "erməni soyqırımı" məsələsi formalaşdırıldı ki, bu da erməni xalqını psixoloji əsarətdə saxlamağa kömək etdi

İşğaldan azad edilmiş ərazilərimizdə bu gün erməni vandallığının izlərini açıq-aydın görürük. Onlar işğal etdikləri Qarabağ ərazisində 30 il müddətində nəinki quruculuq işləri aparmamış, əksinə ərazidə olan bütün mədəniyyət abidələrini, qəbirləri, evləri, məscidləri dağıtmış, təbiətə zərər yetirmiş tərk etdikləri əraziləri minalamışlar. Təsadüfi deyil ki, Ermənistanın Qarabağda törətdiyi vəhşiliklərin nəticəsi Yaponiyaya atılmış atom bombasının nəticələri ilə müqayisə edilir. Əslində, bu kütləvi vandalizm ermənilərin etnik psixoloji vəziyyətini özündə ifadə edir.

Azərbaycan tolerant siyasət yürüdərək Qarabağdakı separatizm qalıqlarını bundan sonra diplomatik yolla təmizləmək istəyini bütün beynəlxalq platformalardan bildirir. İlkin addım olaraq 10 noyabr sazişinin imzalanmasını, sülh prosesinə nəzarət üçün Türkiyə-Rusiya müştərək mərkəzinin yaradılmasını göstərmək olar. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə qardaşlığı regionda bütün Avrasiya coğrafiyasında sülh təhlükəsizlik mühitinin qalıcı hala gəlməsini təmin edə biləcək strateji güc amilidir. 44 günlük müharibədən sonra iki ölkənin irəli sürdüyü altılı əməkdaşlıq platformu təklifi, Ermənistanla normallaşma üçün atılan addımdır. Lakin bunun üçün əsas şərt sülh müqaviləsinin imzalanması regional sabitliyin bərqərar olmasıdır. Şübhəsiz ki, iki ölkə arasında sülh sazişinin imzalanması, regional sabitliyin təmin edilməsi qərəzli qlobal güc mərkəzlərinin siyasi xəttinə uyğun deyil, amma müharibədən məğlub çıxmış, siyasi xətti olmayan Ermənistan üçün sülh sazişi imzalamaq hava-su kimi vacib olmalıdır. Zaman-zaman törədilən təxribatlarla, xarici siyasətdə sabit mövqe nümayiş etdirməməklə Ermənistan məhv olmaq ərəfəsindədir. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyasına mane olmağa çalışsalar da onlar buna nail ola bilməyəcəklər.

Ermənistan bu gün reinteqrasiyaya mane olmağa çalışır, təxribatlar törədərək destabil vəziyyətin hökm sürməsinə şərait yaradır, sülhdən boyun qaçırır. Bununla yanaşı, guya Qarabağ əhalisinin blokadada olması fikrinin ortaya atılmasının altında da bu cür xain xislət yatır. Nikol Paşinyanın Qarabağda yaşayanların həyati təhlükəsinin olması ilə bağlı verdiyi açıqlamalar sülh prosesini ləngidir. Yaxın keçmişdə Laçın-Xankəndi yolunun da, guya blokadada olması ilə bağlı beynəlxalq ictimaiyyəti çaşdıran haylar Azərbaycanın siyasi manevri ilə rüsvay olmuşdu. Belə ki, bölgəyə xarici media qurumlarından əməkdaşların cəlb edilməsi ilə həqiqət işıq üzü gördü.

Şübhəsiz ki, Ermənistan bu addımları təkbaşına qərara almır. Xüsusən qərb dairələrinin Cənubi Qafqaz marağı çərçivəsində Ermənistandan istifadə edilir bunun qarşılığında haylar Azərbaycan üçün sadəcə kağız parçasından ibarət olan qətnamələrin qəbul edilməsinə nail olur. Atılan bu cür cılız addımlar artıq erməni separatizminin çöküşünü dövlətiçiliyinin ciddi təhlükə altında olduğunu sübut edir.

N.ABDALOV,

"Respublika".