Balkan ölkələri ilə artan etibarlı əməkdaşlıq
Siyasət

Balkan ölkələri ilə artan etibarlı əməkdaşlıq

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan bütün dünya dövlətləri, xüsusilə bizə dost olan, İkinci Qarabağ müharibəsi zamanı haqq işimizi dəstəkləyən böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli inkişaf etdirməkdə maraqlıdır.

Xüsusilə Balkan ölkələri ilə əməkdaşlıq fonunda regional inkişafın əsas güc amilinə çevrilməsi prioritet olaraq qəbul edilir. Azərbaycanın artan enerji ixracı Avropanın enerjiyə olan tələbatı yeni əməkdaşlıqların qurulmasına zəmin yaradır. Neft, qaz "yaşıl enerji" çərçivəsində gələcəkdə Balkan ölkələri ilə iqtisadi-siyasi əlaqələri  daha da möhkəmləndiriləcək. Balkan yarımadası Mərkəzi-Şərqi Avropa regionunu əhatə edir. Azərbaycan fiziki-coğrafi cəhətdən həm Avropa, həm Asiya ölkəsi sayılsa da, siyasi-coğrafi nöqteyi-nəzərdən Şərqi Avropa ölkəsidirMəhz buna görə çoxtərəfli formatda iqtisadi siyasi əməkdaşlıqlar regional əhəmiyyət daşıyır

İkinci Qarabağ müharibəsi zamanı Bosniya Herseqovina ölkəmizə xüsusi dəstəyini ifadə etmişdir. Belə ki, Bosniyanın Demokratik Hərəkat Partiyasının Rəyasət Heyətinin üzvü Şefik Caferoviç tərəfindən  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək məktubu ünvanlanmışdır. Nazirlər Şurasının sədr müavini xarici işlər naziri xanım Bisera Turkoviç xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığında Azərbaycanın haqlı mövqeyi dəstəklənmişdir. Bununla yanaşı, Azərbaycan Prezidentinin son xarici səfərlərində ölkəmizə səfər edən Avropa dövlət başçıları ilə təmaslarda bu faktor daha bariz şəkildə ortaya çıxır. Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş iqtisadi baxımdan regionun lider dövləti kimi həm diplomatik, həm iqtisadi danışıqlarda üstün mövqeni qoruyub saxlayır. Bu baxımdan, Prezident İlham Əliyevin Bosniya Herseqovinaya rəsmi səfəri bu fikrin təsdiqi kimi mühüm hadisələrlə yadda qaldı.

Prezident İlham Əliyevin rəsmi səfəri təkcə Bosniya Herseqovina üçün deyil, bütövlükdə Balkan ölkələri üçün xüsusi önəm kəsb edir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əvəzsiz rolu ilə yanaşı, bu gün ölkəmiz qitəyə həm "yaşıl enerji" körpüsü salmaqdadır. Məhz bu səbəbdən Avropa, o cümlədən Balkan ölkələri Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Şübhəsiz ki, Prezident İlham Əliyevin Bosniya Herseqovinaya səfəri bu istiqamətdə planlaşdırılan əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır.

Rumıniya bu ildən etibarən Bolqarıstana nəql olunan Azərbaycan qazından faydalana biləcək regionda digər bir əməkdaşlıq formatı reallaşacaq. Hazırda Serbiyanı da ümumi sistemə birləşdirəcək interkonnektorun istifadəyə verilməsi İonika-Adriatik dənizi layihəsinin yaxın gələcəkdə reallaşması Azərbaycan qazını almayan daha üç Balkan ölkəsinə Azərbaycanın enerji resurslarının nəql edilməsinə imkan verəcək. Bununla yanaşı, ölkəmizin alternativ enerji potensialı elektrik enerjisinin tədarükünə dair danışıqları aktuallaşdırır. Qara dənizin dibi ilə 1195 kilometrlik elektrik kabelinin çəkilməsi məqsədilə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan işçi qrupu yaradılmışdır. Azərbaycanın son illərdəki göstəricilərə görə ixrac imkanları orta hesabla 1000 meqavat təşkil edir. Təsadüfi deyil ki, alternativ enerji mənbələrinin ixracı üçün  "yaşıl enerji" sektorunda irimiqyaslı layihələr hazırlanır. Azərbaycan külək günəş enerjisi stansiyaları layihələri ilə yanaşı, digər layihələr planı da hazırlayır. Bu çərçivədə  Azərbaycanın yaşıl enerji ixracı imkanlarının daha 700 meqavat artması proqnoz edilir.

Bu il fevralın 3- Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, Bulgargaz EAD, Bulgartransgaz, ROMGAZ SA, Desfa, TotalEnergies, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Asiya İnkişaf Bankı digər qurumların da təmsil olunması Azərbaycanla sıx əməkdaşlıqda olan ölkələr üçün maraqlıdır.

"Cənub Qaz Dəhlizi Yaşıl enerji üzrə nazirlər sessiyası", "Cənub Qaz Dəhlizi: Əlverişli, sabit təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi" "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması" mövzularında plenar sessiyaları keçirilmişdir. Daha iki mühüm tədbirin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının da bu il baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq şəkildə göstərir.

Nurlan ABDALOV

"Respublika".