Antarktikada buzlar sürətlə əriməyə davam edir
Gündəm

Antarktikada buzlar sürətlə əriməyə davam edir

Antarktidada dəniz buzları ilin bu vaxtı üçün görünməmiş səviyyəyə düşüb, sürətlə əriməyə başlayıb. 

"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, əriyən buzlaqlar Argentina ölkəsi ilə eyni ölçüdədir. 

Bildirilib ki, Antarktida dəniz buzu hər il fevral ayında ən aşağı səviyyəsinə çatır, lakin daha sonra qışda yenidən formalaşır. Ancaq bu il fərqli bir vəziyyət baş verib. Ekspertlər qeyd edib ki, dəniz buzu gözlənilən səviyyəyə qayıtmayıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".