Bakıda Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi qeyd olunub
Siyasət

Bakıda Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi qeyd olunub

İyunun 16-da Bakıda Azərbaycan Belarus arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Belarusun Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət hökumət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Belarusun Dövlət himnləri səsləndirilib.

Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov bildirib ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Dünya səviyyəli dahi şəxsiyyət Heydər Əliyevin ölkələrimiz arasında diplomatik münasibətlərin, strateji əməkdaşlıq əlaqələrinin əsasının qoyulmasında böyük rolu olub. Azərbaycan-Belarus əlaqələri qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurulub: "Biz həmişə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir onun dəstəyinə arxalanırıq. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək dərinləşəcək".

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Azərbaycan-Belarus əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, 1993- ildə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət siyasətinin yeni prinsiplər əsasında qurulmasına nail oldu təbii olaraq Belarusla münasibətlərdə dönüş yarandı.

Vurğulanıb ki, Ulu Öndərin 100 illiyinin Minsk şəhərində qeyd edilməsi Belarus xalqının dövlətinin ehtiramını ifadə edir.

Belarus xalqını milli bayram Azərbaycanla diplomatik əlaqələrin 30 illiyi münasibətilə təbrik edən Baş nazirin müavini bildirib ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda Azərbaycan Belarusun dövlət başçıları tərəfindən uğurla davam etdirilir. "Ölkələrimiz arasında siyasi dialoq mövcuddur. Təhlükəsizlik, iqtisadi humanitar sahələrdə əməkdaşlıq edən Azərbaycan Belarus siyasi beynəlxalq arenada bir-birini dəstəkləyirlər", - deyə Əli Əhmədov əlavə edib.

Əlaqələrimizin dərinləşməsində hökumətlərarası humanitar komissiyaların rolunu qeyd edən Baş nazirin müavini iki ölkə arasında münasibətlərin regional müstəvidə uğurla davam etdirildiyini diqqətə çatdırıb.

"Ölkələrimiz arasında qarşılıqlı etimada dostluğa əsaslanan əlaqələrin inkişaf dinamikası davam edir. Münasibətlərimiz milli maraqlara uyğun gəlir. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək dərinləşəcək", - deyə Əli Əhmədov vurğulayıb.