Bakı Xoreoqrafiya Akademiyasında narkomanlığın fəsadları barədə tədbir
Digər xəbərlər

Bakı Xoreoqrafiya Akademiyasında narkomanlığın fəsadları barədə tədbir

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.17-ci bəndinə müvafiq olaraq, Bakı Xoreoqrafiya Akademiyasında “Biz sağlam gələcəyi seçirik” mövzusunda maarifləndirmə xarakterli görüş keçirilib.

Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 22 may məlumatında bildirilir ki, işçi qrupun nümayəndələri çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə ətraflı  zəruri məlumatlar vermişdir.

Sonda müvafiq mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

“Respublika”.