Azərbaycanın Baş naziri İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Siyasət

Azərbaycanın Baş naziri İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 15- ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Ahmed Al-Safadi ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bakıda Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasının önəmi vurğulandı, İordaniyanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə edildi.

Azərbaycan-İordaniya əməkdaşlığının bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirildi, parlamentlərarası əlaqələrin müsbət dinamikası yüksək qiymətləndirildi.

Eyni zamanda, iki ölkə arasında iqtisadi-ticari, investisiyaların təşviqi, humanitar, turizm digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə olundu.