Digər xəbərlər

"Azərbaycanı tənqid etməyə heç bir əsas yoxdur” - Hakan Fidan

28 il sonra İkinci Qarabağ müharibəsi ilə xilas edilən Laçın dünya gündəminə gəlib. Ermənistan yenidən qarayaxma kampaniyalarını davam etdirir.

“Respublika” “Sabah”a istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin regiona qanunsuz yeridilməsi, hərbi və mühəndis-texniki tədqiqatlar aparması barədə Bakı tərəfindən dəfələrlə beynəlxalq səviyyədə məlumat verilib.

Digər tərəfdən, nə İrəvanın, nə də Bakının suverenliyini istəməyən erməni əsilli bir qrupun Laçın üzərindən silah-sursat daşıdığı müəyyən edilib. Laçın-Xankəndi yolunda sərhədçilər Ermənistan tərəfindən atəşə tutulub.

Azərbaycanlı həmkarı Ceyhun Bayramovun Ankaraya səfəri zamanı xarici işlər naziri Hakan Fidan bildirib ki, Azərbaycan lazım bildiyi bütün tədbirlərə əl atır və bunu etmək onun ən böyük suveren hüquqlarından biridir: 

"Düşünürük ki, Azərbaycanı tənqid etməyə heç bir əsas yoxdur” - deyə, Hakan Fidan bildirib.

Röya RÜSTƏMLİ,

“Respublika”.