Azərbaycanda “TikTok”un fəaliyyəti məhdudlaşdırılıb
Gündəm

Azərbaycanda “TikTok”un fəaliyyəti məhdudlaşdırılıb

Bu gündən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

"Respublika" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat verilib.

Qurum vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən ölkə qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırıb.