Oktyabrın 4-də Azərbaycanda 1061 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 829 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 738 min, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 808 min 374, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 929 min 626 nəfər təşkil edir.
AZƏRTAC