Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 211 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 211 doza vaksin vurulub

Martın 7- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 211 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 94, ikinci doza vaksinlərin sayı 37, üç daha çox doza vaksinlərin sayı 60, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 20-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 950 min 435, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 649, ikinci mərhələ üzrə 4 milyon 879 min 297, üç daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 766, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 723-dür.         

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 53 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 53 yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 418 nəfər müalicə olunaraq sağalıb, 10 min 135 nəfər vəfat edib. Aktiv xəstə sayı 230 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1664, indiyə qədər isə ümumilikdə 7 milyon 534 min 623 test icra olunub