“17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir
Səhiyyə

“17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir

Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilib.

16 iyun Salyan RİH-dən verilən xəbərdə bildirilir ki, tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara bu çətin, şərəfli və nəcib işlərində uğurlar arzulamışdır. Rayon rəhbəri çıxışında respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısından, rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs etmişdir. Tədbirdə çıxış edənlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

“Respublika”.