Azərbaycanda aqrar-sənaye məhsullarının yaratdığı dəyər 32 faizdən çox artıb
Digər xəbərlər

Azərbaycanda aqrar-sənaye məhsullarının yaratdığı dəyər 32 faizdən çox artıb

Bu ilin yanvar-avqust ayları ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4 faiz artaraq 593,9 milyon ABŞ dollarına çatıb.

"Respublika" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz artaraq 132,6 milyon ABŞ dolları təşkil edib.