Azərbaycan və Rusiya prezidentlərinin növbəti görüşü regionda uzunmüddətli sülhün  bərqərar olmasına öz töhfələrini verəcəkdir
Siyasət

Azərbaycan və Rusiya prezidentlərinin növbəti görüşü regionda uzunmüddətli sülhün  bərqərar olmasına öz töhfələrini verəcəkdir

Əsrlər boyu yanaşı yaşayan Azərbaycan Rusiya xalqlarını ortaq tarix coğrafiya birləşdirir. İki ölkə arasındakı dostluq əlaqələri son illər daha da inkişaf etmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Rusiya ilə beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində hər iki ölkə daim bir-birini dəstəkləyir. Azərbaycan müstəqil siyasət aparır bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə ölkəmizin milli maraqlarına əsaslanır, qonşuluq əlaqələri isə milli maraqlarımıza tam cavab verir.

Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan etmişdir.

Azərbaycanla Rusiya arasındakı əməkdaşlığın ölkələrin texnoloji-iqtisadi inkişafına yardım etdiyini söyləyən bəzi politoloqlar mövcud aspektləri açıqlayarkən burada əməkdaşlığın ilk növbədə başlıca layihə olan Şimal-Cənub nəqliyyat dəhlizinə əsaslandığını, Xəzər dənizinin inkişafının isə ikinci aspekt olduğunu qeyd edirlər. Bəllidir ki, bu region əsasən neft-qaz potensialının inkişafına istiqamətlənib.

Rusiyalı ekspertlər hərbi güc faktorunu diqqətə çəkərkən Azərbaycanın müdafiə sənayesinin effektiv inkişaf etdiyini, ölkənin müdafiə sənayesinin müasir silahlanmanın inkişafına öz töhfəsini verdiyini, Rusiya ilə Azərbaycan arasında hərbi texniki əməkdaşlığın da strateji xarakter daşıdığını vurğulayırlar.

Təbii ki, ekspertlər iki ölkə arasında iqtisadi inteqrasiyanın regionun siyasətinə müsbət təsirindən danışırlar. Qeyd edirlər ki, Şimal-Cənub nəqliyyat dəhlizi ilə Avropadan Asiyaya yüklərin daşınmasında vaxta xeyli qənaət olunacaq. İkitərəfli əməkdaşlıq geoiqtisadi nöqteyi-nəzərdən regionu birləşdirəcək, Rusiya Azərbaycanın ümumi maraqlarını formalaşdıracaq.

2016- ildə Bakıda keçirilən Azərbaycan, İran Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev demişdir: Şimal-Cənub nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi vardır. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. Ümid edirəm ki, birgə səylərlə bu layihənin icrasına tezliklə nail olacağıq”.

Bu gün isə regionda reallıqlar tam başqadır, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, həlli müşkülə çevrilmiş məsələni öz gücünə həll etməsi, gələcəyə inkişaf perspektivləri nəzərindən baxması, sülhün bərqərar olmasına çalışması bu gün region dövlətlərini məsələlərə fərqli yanaşmağa sövq edir.

Bu il iyulun 20- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri zamanı liderlər arasındakı müzakirələrdə bir çox məsələlərə toxunulmuşdur.

Görüş zamanı ölkələr arasında olan əməkdaşlıq məsələləri, ikitərəfli münasibətlərin inkişafı, istiqamətlər müzakirə olunmuş, bununla yanaşı, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülhün əldə edilməsi istiqamətində vacib addımların atılmasının zəruriliyi barədə fikir mübadiləsi aparılmışdır.

İlk öncə Prezident İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik edən Rusiya prezidenti Vladimir Putin sonra sözünə davam edərək demişdir: “Gələn il bizim böyük bayramımız olacaq - diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq. Moskvaya gəlməyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirəm”.

Putin Rusiyanın iqtisadiyyat sahəsində inamlı, lider yerlərdən birini tutduğunu, iki dövlətin hökumətlərarası komissiyasının fəal işlədiyini, orada əməkdaşlıq istiqamətlərinin çoxşaxəli olduğunu diqqətə çatdırdı. Yaxın vaxtlarda nüfuzlu nümayəndə heyətinin həmin məsələlərlə artıq Bakıda məşğul ola bilməsi üçün Azərbaycana göndəriləcəyini, müxtəlif istiqamətlər üzrə təhlillər aparacaq qrupun, eyni zamanda koronavirusa qarşı birgə mübarizənin gücləndirilməsi işinə yardım edəcəyini deyən V.Putin regiondakı vəziyyətin nizamlanmasının ən mühüm məsələlərindən biri olaraq qaldığını bildirdi: “Əlbəttə, bilirəm ki, siz bu məsələyə çox böyük diqqət əhəmiyyət verirsiniz. Buna görə sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə sizə təşəkkür etmək istəyirəm”.

Dəvətə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti İlham Əliyev qarşılıqlı fəaliyyətlə bağlı mühüm məsələləri yenidən müzakirə etmək üçün imkan yarandığını deyərək iqtisadi sahədəki əməkdaşlığın nəticələrini diqqətə çatdırdı, nəqliyyat-tranzit münasibətləri məsələsində əməkdaşlığın fəal surətdə genişləndiyini, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçən illə müqayisədə təqribən 20 faiz çox yük daşındığını dedi, koronavirusa qarşı mübarizədə köməyə görə təşəkkürünü bildirdi.

Mövcud vəziyyətlə bağlı münasibətini bildirən Prezident İlham Əliyev demişdir: “Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib həssas məsələlərin həllində şəxsən iştirakınıza görə sizə təşəkkürümü bildirirəm. Biz sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

Ekspertlərin açıqlamalarına görə demək olar ki, şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərin inkişafına zəmin yaradan amillərdən biri bəlkə birincisi Azərbaycan Rusiya prezidentləri arasındakı etimad dövlət başçılarının geosiyasi proseslərə ortaq baxış bucağına malik olmalarıdır. Bu amil dövlət başçılarının görüşündə özünü büruzə verdi. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycan-Rusiya əməkdaşlığında yeni daha mühüm bir mərhələnin başlanğıcından xəbər verir. Bu mərhələ hər iki ölkənin maraqlarına cavab verən yeni iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi ilə müşayiət oluna bilər. Hər iki ölkənin iqtisadi potensialı Cənubi Qafqazın daha geniş sub-regionun təhlükəsiz, xarici müdaxilələrə qapalı daim inkişafda olan bir regiona çevrilməsi üçün bütün lazımi çağırışlara cavab verir.

Azərbaycan Rusiya prezidentlərinin görüşündə səslənən fikirlər hər iki ölkə liderinin 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqeyə sahib olduqlarını nümayiş etdirdi. Açıq şəkildə ifadə olundu ki, razılaşmada yer alan bütün prinsiplər, o cümlədən bütün kommunikasiyaların, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan müddəalar icra olunmalıdır. Bu yanaşma, eyni zamanda, 10 noyabr Bəyanatının icrasına, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı bir sıra hazırlıq işlərinin reallaşdırılmasına süni maneə yaratmaq istəyən dairələrə ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır.

Prezident İlham Əliyevin Rusiyaya səfəri sübut edir ki, Rusiyanın mövqeyi dəyişməyib, Azərbaycanla ikitərəfli əlaqələri davam etdirməkdə maraqlıdır. Rusiya dövlətimizin ərazi bütövlüyünə hörmətlə yanaşır, şimal qonşumuz Ermənistanın bu məsələdə düzgün mövqe tutmasına  təsir göstərəcək. Rusiya Azərbaycanın mövqeyini bəyənir, regionda sülhün qorunub saxlanılması, Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir.

Rusiya prezidentinin Azərbaycanın postmünaqişə dövründə daimi sülhün əldə olunmasında maraqlı olduğuna görə Prezident İlham Əliyevə təşəkkür etməsi əsas məqamlardan biri kimi dəyərləndirilməlidir.

Ekspertlər belə hesab edir ki, Rusiya Ermənistanın bu məsələdə düzgün mövqe tutmasına təsir göstərə, Ermənistan Azərbaycan arasında sərhədlərin tanınması prosesi sürətlənə, yaxın vaxtda sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gələ bilər. Çünki istənilən münaqişə bitdikdən sonra sülh müqaviləsinin bağlanması labüddür. Ermənistan da gec-tez bunu anlayacaq, Rusiya da Ermənistanı kompromisə getməyə razı sala biləcək.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Rusiya səfərinin nəticələri ilə bağlı danışarkən deyib: “Səfərin nəticələrini mən müsbət qiymətləndirirəm... bildiyiniz kimi, Rusiya Azərbaycan strateji tərəfdaşdırlar bu, sadəcə olaraq söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı aramızda çox möhkəm dostluq əlaqələri var şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik... Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Hər halda bizim mövqeyimiz dəyişməz olaraq qalır”.

Bir sözlə, deyə bilərik ki, Azərbaycan Rusiya prezidentləri arasında səmimi, konstruktiv ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş müzakirələr nəticəsiz qalmayacaq. Bu görüş regionda uzunmüddətli sülhün bərqərar olması işinə öz töhfələrini verəcəkdir.

Zümrüd QURBANQIZI,

Respublika”.