Azərbaycan-Türkiyə qardaşlığı dünya ölkələri üçün nümunədir
Türk dünyası

Azərbaycan-Türkiyə qardaşlığı dünya ölkələri üçün nümunədir

Azərbaycan-Türkiyə qardaşlıq, dostluq sıx əməkdaşlıq münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bu iki dövlət arasındakı münasibətlər tarixin sınağından keçmiş, heç bir qüvvə bu birliyi poza bilməmişdir. Əksinə, hər iki dövlət millət şərəflə ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət", böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Bu gün türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri məhz Azərbaycan-Türkiyə münasibətləridir. Prezident İlham Əliyev bununla bağlı bildirib: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda bütün türk dünyası üçün mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Şübhə yoxdur ki, günümüzdə Azərbaycan Türkiyə qədər bir-birinə bağlı olan ölkələrə rast gəlmək mümkün deyil. Tarixin ağır sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərib. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15- Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi Bəyanatında ölkələrimizi birləşdirən amillərə diqqət çəkərək vurğulayıb: "Mən mətbuat konfranslarında, öz çıxışlarımda dəfələrlə demişəm ki, bu gün Türkiyə Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstəririk".

Qardaş ölkə Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verib. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Türkiyə bu ölkə ilə sərhədlərini bağlayıb bütün siyasi-iqtisadi əlaqələri dayandırıb. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksək səviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycanın özünəinam hissini artırdı. Nəticədə Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir.

İkinci Qarabağ müharibəsində ordumuzun Türkiyə istehsalı olan PUA-lardan məharətlə istifadə edərək işğalçı Ermənistan ordusunu darmadağın etməsi hərb tariximizə qızıl hərflərlə yazıldı.

Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir.

2022-ci ildə Müstəqillik Günü ərəfəsində dünya daha bir reallığa şahidlik etdi. Bu, Türkiyə-Azərbaycan birliyi sarsılmaz həmrəyliyidir. Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində verilən mesajlar iki qardaş ölkənin daim bir-birinin yanında olmaq yeni hədəflərə doğru birlikdə addımlamaq - strateji məqsədlərə çatmaq iradəsini nümayiş etdirdi. "TEKNOFEST Azərbaycan" hər iki ölkədə milli texnologiyanı inkişaf etdirmək, yeni nailiyyətlərə, rekordlara imza atmaqla yanaşı, gənclərdə texnologiyaya qarşı maraq oyatmaq gələcək üçün yeni texnologiya mühəndislərinin hazırlanmasında vacib olan gənc istedadları üzə çıxarmaq üçün önəmli festivaldır. Xüsusilə Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında əks olunan məqamlar bir millətin iki dövlətinin hədəfinin , sözünün bir olduğunu növbəti dəfə təsdiqlədi. İki qardaş ölkənin liderləri söz ilə əməlin vəhdətini nümayiş etdirməklə yeni strateji zirvələrə birlikdə addımladıqlarını ifadə etdilər. Türkiyə Azərbaycan arasındakı münasibətlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, cənab Prezident "TEKNOFEST Azərbaycan" festivalında çıxışı zamanı demişdir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bu, bölgə üçün, dünya üçün çox önəmli faktordur. Təhlükəsizlik, güvən, sabitlik faktorudur. Türkiyə-Azərbaycan bir yerdə qədər inamla addımlasa, o qədər bölgəmizdə sülh barış möhkəm olacaq. Bunu biz bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi.

"Teknofest" elmi, müstəqilliyi, qardaşlığı əldə əsas tutan festivaldır. Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlçuk Bayraktarın "TEKNOFEST Azərbaycan" festivalını ölkəmizdə təşkil etməsi Azərbaycan-Türkiyə münasibətlərinin hərbi sahədə inkişafının göstəricisidir. Festivalda hərbi hava, dəniz quru qüvvələrinin iştirakı hər iki ölkənin hərbi gücünü nümayiş etdirdi. Festivalda Azərbaycan gənclərinin müxtəlif layihələrlə iştirak etmələri iki ölkə arasında yalnız hərbi deyil, elmi əməkdaşlığın da qarşılıqlı inkişafının bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "TEKNOFEST" festivalını müstəqil dövlətimizin qardaş Türkiyə Cümhuriyyəti ilə elm, təhsil, texnologiya sahəsindəki qarşılıqlı əməkdaşlığın zirvəsi adlandırması bu tədbirə qədər böyük qiymət önəm verdiyinin təzahürüdür. Bununla yanaşı, ölkə başçımızın İstanbulda keçirilən "TEKNOFEST-2023" festivalında səsləndirdiyi: "Kızılelma" havada, "Altay" "Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur", - fikirləri ilə qardaş Türkiyənin gücünü bütün dünyaya bildirmişdir. Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü olaraq ölkə başçımızın da qeyd etdiyi kimi: "Heydər Əliyev demişdir: "Türkiyə Azərbaycan bir millət, iki dövlətdir". Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə etmək istəyirəm, "Bir yumruq!".

Türkiyə tarixinin son 25 ilinə diqqət yetirsək, dövlətçilik baxımdan çox qısa hesab edilən bu zaman kəsiyində Cümhuriyyət tarixinin ən zəif ən güclü paradoksuna şahidlik edərik. Əgər 2003- ilə qədər Türkiyə siyasəti çevrilişlər, qısamüddətli hökumətlər, Qərbin diktəsi ilə addım atan hərbi-siyasi elita iqtisadi böhranlarla xarakterizə olunurdusa, Ərdoğanın hakimiyyətə gəlməsi ilə müasir türk tarixinin yeni dönəmi başlandı. Xüsusilə Türkiyənin son bir neçə ildə hərbi sənayedə qazandığı ciddi uğurlar dünyanı heyran edir. Digər sevindirici xəbər isə Türkiyənin dünyanın ilk hərbi PUA gəmisi - "TCG Anadolu"nu istifadəyə verməsidir. Gəmi orduda xidmətə tam hazırdır. Qardaş ölkə bu uğurlarını davamlı etmək üçün hərbi büdcəsini hər il artırır. Belə ki, 2023- ildə bu sahəyə 468,7 milyard türk lirəsi (25.2 milyard dollar) ayrılıb. Halbuki, bu vəsait 2019-cu ildə 20,6 milyard dollar, 2021-ci ildə isə 15,4 milyard dollar olmuşdu.

Bu gün əminliklə söyləmək olar ki, Azərbaycan Türkiyənin sıx münasibətləri dostluğun, qardaşlığın möhkəmlənməsinə xidmət edir.

Nurlan ABDALOV,

"Respublika".