“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 938-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzif
Fərman

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 938-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzif

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 938-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 440.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 938-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897, № 12, maddə 1462; 2023, № 1, maddələr 52, 66, 97, № 2, maddələr 220, 226, 231, № 3, maddələr 350, 360, 375, № 4, maddə 505; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2190 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü hissə üzrə:

2.1.1. 4.1-ci bənddən “421,” rəqəmləri, “, 548.1, 548.2 və 548.3-cü” sözləri çıxarılsın və həmin bənddə “435, 439.1, 439.2 (hər iki halda), 462.1, 463-cü maddələrində, 471-ci maddəsinin adında və mətnində, 472, 473.2, 473.3, 477-1.1.7 (hər iki halda), 477-2.1.2-ci, 478-ci maddələrində, 477-2.1.2-ci, 478-ci və 548-ci maddələrinin adlarında” sözləri “462.1, 477-1.1.7 (hər iki halda), 477-2.1.2” sözləri ilə əvəz edilsin;

2.1.2. 4.1-1-ci və 4.1-2-ci bəndlər ləğv edilsin;

2.1.3. 4.51-ci bənddən “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası,” sözləri çıxarılsın;

2.1.4. 4.55-ci bənddən “və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri çıxarılsın;

2.2. 5-ci hissə üzrə:

2.2.1. 5.43-cü və 5.50-1-ci bəndlər ləğv edilsin;

2.2.2. 5.47-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.47. həmin Məcəllənin 414–427, 428.8, 430.3, 430.4, 433, 435, 436, 438.1, 439, 439-1, 440.1, 440.2, 463, 468, 470, 472–476, 478 və 548-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Mərkəzi Bankı baxır;”;

2.2.3. 5.50-ci və 5.56-cı bəndlərdə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323, № 8, maddə 896, № 10, maddə 1146, № 11, maddələr 1267, 1269, № 12, maddələr 1414, 1462, 1464; 2023, № 1, maddə 97, № 2, maddə 226, № 3, maddə 375, № 4, maddələr 472, 505; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2149 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 14-cü hissə ləğv edilsin;

3.2. 15-ci hissə aşağıdakı redaksiyada verilsin:

“15. Azərbaycan Respublikasının Mərkəzi Bankı adından:

15.0. Məcəllənin 414 – 427, 428.8, 430.3, 430.4, 432.4 (banklara münasibətdə), 433, 435, 436, 438.1, 439, 439-1, 440.1, 440.2, 457 (bank fəaliyyəti sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması, mühafizəsi və dövriyyəsi qaydalarının pozulması ilə əlaqədar inzibati xətalar haqqında işlərə), 462 (bank olmayan kredit təşkilatlarına, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərə, investisiya fondlarına və onların idarəçilərinə, həmçinin sığorta, təkrarsığorta və sığorta vasitəçiliyinə münasibətdə), 463, 468, 470, 472 – 476, 478 və 548-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Mərkəzi Bankın sədri, onun müavinləri, baş direktorları, departament direktorları, şöbə rəisləri, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbəri, onun müavini.”.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146, № 11, maddələr 1251, 1267, 1269; 2023, № 1, maddələr 66, 97, № 3, maddələr 346, 375, № 4, maddələr 472, 483, 505; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2190 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 34-2.1-ci və 59.3-cü bəndlərdə “57.2.2-ci yarımbəndində” sözləri “37.4-cü bəndində” sözləri ilə əvəz edilsin;

4.2. 37.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“37.4. maliyyə bazarlarına nəzarət edilən subyektlərə münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı adından – Mərkəzi Bankın sədri, onun müavinləri, baş direktorları, direktorları, şöbə rəisləri, böyük mütəxəssis (böyük hüquq məsləhətçisi), aparıcı mütəxəssis (aparıcı hüquq məsləhətçisi), mütəxəssis (hüquq məsləhətçisi) Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbəri, onun müavini.”;

4.3. 38.2-ci, 43.2-ci və 50.1-ci bəndlərdə, 39-cu və 52-ci hissələrdə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə, “33.1-ci” sözləri “37.4-cü” sözləri ilə əvəz edilsin;

4.4. aşağıdakı məzmunda 44-1-ci hissə əlavə edilsin:

“44-1. Məcəllənin 440-1.1-ci (dövlət orqanları (qurumları) və bələdiyyələr tərəfindən törədilən inzibati xətalar istisna olmaqla) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Mərkəzi Bankı adından – bu Siyahının 37.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”;

4.5. 57.2.2-ci yarımbənddə “Mərkəzi Bankın sədri, onun müavinləri, baş direktorları, direktorları, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbəri, onun müavini” sözləri “bu Siyahının 37.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 avqust 2023-cü il.