Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1074; 2017, № 7, maddə 1371; 2020, № 2, maddə 107; 2021, № 2, maddə 125) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 4.15.9-cu yarımbənddən “(doktoranturaya)” sözü çıxarılsın.

2. 5.3-cü bənddə “Dövlət Sərhəd Xidmətində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən” sözləri “həqiqi hərbi xidmətdə olan” sözləri ilə əvəz edilsin.

3. 5.4-cü bənddə “Dövlət Sərhəd Xidmətində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən ali təhsilin magistratura səviyyəsini bitirən zabitlər” sözləri “ali təhsilin magistratura səviyyəsini bitirən həqiqi hərbi xidmətdə olan zabitlər, Akademiyanın professor-müəllim heyətindən olan şəxslər, habelə milli təhlükəsizlik və hərbi sahələr üzrə dövlət orqanlarında (qurumlarında) çalışan mülki şəxslər” sözləri ilə əvəz edilsin.

4. 5.6-cı bənddən “qaydasını” sözü çıxarılsın və həmin bənddə “müəyyən edir” sözləri “tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir” sözləri ilə əvəz edilsin.

5. 9.4-cü bənddə “qulluqçulardır” sözü “qulluqçular və bu Nizamnamənin 5.4-cü bəndində müəyyən edilmiş mülki şəxslərdir” sözləri ilə əvəz edilsin.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2022-ci il