Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutu aşağıdakı vakant yerləri tutmaq üçün MÜSABIQƏ ELAN EDİR
Reklam və elanlar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutu aşağıdakı vakant yerləri tutmaq üçün MÜSABIQƏ ELAN EDİR

"İnteqrativ biologiya" laboratoriyasında:

Laboratoriya müdiri - 1 yer;

Kiçik elmi işçi - 1 yer.

"Ekoloji biofizika" laboratoriyasında:

Aparıcı elmi işçi - 1 yer;

Böyük elmi işçi - 1 yer;

Kiçik elmi işçi - 1 yer.

"Molekulyar və hüceyrə biokimyası" laboratoriyasında:

Kiçik elmi işçi - 1 yer.

Müsabiqədə kiçik elmi işçi vəzifələri üçün magistr diplomu olan, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələri üçün fəlsəfə doktoru və ya daha yuxarı diplomu olan böyük təcrübəyə malik, tam təhsilli iddiaçılar iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən 1 (bir) ay müddətinə aşağıdakı ünvana təqdim edilməlidir:

AZ 1141, Bakı şəhəri, Z.Xəlilov küçəsi 117, otaq 209.

Telefon: (012) 434-83-36

E-mail: [email protected]