Azərbaycan-Qazaxıstan: dostluq və tərəfdaşlığın  önəmli məqamları
Siyasət

Azərbaycan-Qazaxıstan: dostluq və tərəfdaşlığın  önəmli məqamları

Ölkə başçılarının qarşılıqlı səfərləri  dövlətlərarası münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri, Astanada iki ölkənin liderləri arasında aparılan danışıqlar ölkələrarası münasibətlərin inkişaf perspektivləri dünya ictimaiyyətinin, aparıcı media orqanlarının maraq dairəsindədir. Qeyd etmək lazımdır ki, danışıqlarda bütün sahələrdə, o cümlədən ticari-iqtisadi, investisiya, həmçinin nəqliyyat-logistika infrastrukturu layihələri kimi prioritet istiqamətlərdə ikitərəfli əməkdaşlığa dair aktual məsələlər müzakirə olunub. Bu yaxınlarda irəli sürülən humanitar təşəbbüslər, xüsusən Qazaxıstanın Azərbaycanda Azərbaycanın Qazaxıstanda mədəniyyət günlərinin keçirilməsi haqqında qərar iki xalqın daha da yaxınlaşması dövlətlərarası münasibətlərin möhkəmlənməsinə kömək edəcək.

Qazaxıstanın hazırda Füzuli şəhərində inşa etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycan Qazaxıstan xalqları arasında dostluğun parlaq nümunələrindən biridir. "Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda", - deyə dövlət başçımız vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycana dəvət etdi.

Ölkəyə mürəkkəb bir şəraitdə başçılıq edən ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı hesab olunur. Kasım-Jomart Tokayevin sözlərinə görə, məhz böyük liderin rəhbərliyi ilə gənc Azərbaycan dövləti qısa zaman ərzində dünya ictimaiyyətinin tamhüquqlu üzvünə çevrildi, Heydər Əliyevin həyat yolu isə millətə sədaqətlə xidmətin parlaq nümunəsidir. Ona görə, bu il Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş onun xatirəsini əbədiləşdirən bir sıra tədbirlər təşkil olunacaq. Qazaxıstan Prezidentinin göstərişi ilə "Qazaxıstan" teleradio korporasiyası tərəfindən lentə alınmış Heydər Əliyev haqqında "Görkəmli həyat" sənədli filminin premyerası olacaq. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə aprelin 10-da Astananın mərkəzində Heydər Əliyev küçəsinin təntənəli açılışı olub. Bu əlamətdar hadisə Azərbaycan xalqının böyük oğluna ehtiramın daha bir təzahürüdür. Eyni zamanda, Kasım-Jomart Tokayev atasının quruculuq işlərini layiqincə davam etdirən ölkəsini inamlı addımlarla tərəqqi yolunda irəli aparan İlham Əliyevin güclü liderliyini yüksək qiymətləndirib.

Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstləri hədiyyə etməyə hazır olduğunu qeyd edib. Bütün bunlar göstərir ki, etnik, dini mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək genişlənəcəkdir.

Xəzər dənizinin əks sahillərində yerləşən Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi çox qədimdir. Belə ki, azərbaycanlılar qazaxlar eyni soykökə, mədəniyyətə, qədim tarixi münasibətlərə ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil din eyniliyi birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqə yaratdığını iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib. İki ölkə arasında yaxın dostluq münasibətləri 2004- il martın 1- Astanada imzalanmış "Azərbaycan Respublikası Qazaxıstan Respublikası arasında dostluq münasibətləri strateji tərəfdaşlıq haqqında Bəyannamə" 2005-ci il mayın 24- Bakıda imzalanmış "Azərbaycan Respublikası Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə daha da möhkəmləndirilib.

Azərbaycan Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycanın sərmayəsi ilə inşa edilən "Aktau İstehsal Logistika Mərkəzi" ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan Qazaxıstan arasında iqtisadiyyat sahəsində əlaqələrin böyük tarixi var. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlaq, Quryev neft mədənlərində uğurlu fəaliyyət göstəriblər. Azərbaycan Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsinin araşdırılmasında da əməkdaşlıq ediblər bu ənənə hazırda da davam edir. Qazaxıstan Azərbaycan yeni nəqliyyat-logistika marşrutu yaratmağı da nəzərdə tutur.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tamamlanması Qazaxıstan Azərbaycanın Avropa Asiyanın mühüm iqtisadi mərkəzlərinə çevrilməsinə kömək edəcək. Belə ki, bu dəmir yolu vasitəsilə Çindən Türkiyəyə məhsullar cəmi 12 günə çatdırıla bilir. Hər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensial var. Xüsusilə, ərzaq təhlükəsizliyi qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir. Artıq bu sahədə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır. Qazaxıstan Azərbaycan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır. 2022-ci ildə Qazaxıstanın Azərbaycana ixracı 30,4 faiz artaraq 375,3 milyon dollara, idxalı isə 95,2 faiz artaraq 86,6 milyon dollara çatıb. Ötən il Qazaxıstan iqtisadiyyatında Azərbaycan investisiyalarının məbləği 69,7 milyon dollar olub. Həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 4 dəfə artaraq 598 milyon ABŞ dolları təşkil edib. Bu gün Azərbaycanla Qazaxıstan bir çox regional beynəlxalq layihələrin təşəbbüskarıdır. Ölkələrimizin dövlət başçılarının siyasi iradəsi sayəsində münasibətlərimiz uğurla inkişaf edir. Qazaxıstan prezidentinin ötən ilin avqust ayında Azərbaycana səfəri çərçivəsində ölkələr arasında siyasi əməkdaşlığı gücləndirməklə bağlı saziş imzalanıb.

Son dövrlərdə Azərbaycan Qazaxıstanın dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin yaranmasına təkan verib. Budəfəki görüşdə tam formatlı danışıqlar siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələr daxil olmaqla, kompleks şəkildə həyata keçirilib. İki ölkənin regionda bütün sahələr üzrə lokomotiv yolunda çıxış etməsi qarşılıqlı əlaqələrin inkişafına meyillənməsi Avrasiya regionu üçün çox mühüm amil hesab edilə bilər. Azərbaycan Qazaxıstan arasında ticarət əlaqələri müsbət tendensiya ilə inkişaf edir. İxrac-idxal mallarının nomenklaturalarının genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşlarının təşviq edilməsi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər qarşıya qoyulan hədəflər sırasındadır.

Mustafa KAMAL,

"Respublika".