Azərbaycan Gəncləri Günü münasibətilə ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edilib
Sosial həyat

Azərbaycan Gəncləri Günü münasibətilə ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edilib

Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin kollektivi, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər fevralın 2-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bu əlamətdar günü gənclərimizə bəxş etmiş ümummilli lider Heydər Əliyevin xatirəsini dərin minnətdarlıq hissi və ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil, məzarları üzərinə gül dəstələri qoyublar.

AZƏRTAC