Yığılmır yollardan fikrim, xəyalım
Sosial həyat

Yığılmır yollardan fikrim, xəyalım

Nədənsə, Xalq şairi Hüseyn Arifi xatırlayanda ilk olaraq ağla saz, söz, yumor gəlir. Bütün varlığı ilə xalq ruhuna, saza-sözə kökləndiyi üçün şairi həm belə xatırlayırıq. Həmişə milli-mənəvi dəyərləri yüksək tutan, xalq yaradıcılığını, sazı özündən çox sevən şairin məqsəd məramı da bu olub

Lirik-realist üslubda yazan şair məhz elə bu üslubla da məşhurlaşıb. Qaçaq Kərəmin soyundan olan Hüseyn Arif Böyük Vətən müharibəsində iştirak edibƏdəbi fəaliyyətə həmin  illərdə başlayan şairin yaradıcılığının əsasını müharibə mövzusu kənd həyatı təşkil edir. Hüseyn Arifin librettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundov adına Opera Balet teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974- ildə o vaxtkı M.Qorki adına Gənc Tamaşaçılar Teatrında səhnəyə  qoyulmuşdur. Şair 1971-ci ildə yazdığı "Dağ kəndi" poemasına görə isə "Qızıl oraq" mükafatına layiq görülmüşdür.

Hüseyn Arif həm insanların yaddaşında, hafizəsində xoş əhvali-ruhiyyəli, şən insan kimi qalmışdır. Daxilən həssas, qəlbi qəm-qüssə dolu bu insan heç vaxt ətrafına halını bəlli etməmişdir. Yeganə oğlu Arifi vaxtsız itirməsi şairi daxilən sındırsa da, o, ətrafında şən əhvali-ruhiyyə yaratmağa çalışmışdır. Ancaq oğlunun ölümündən sonra şairin həyatı tamamilə dəyişir. O, daxilindəki kədəri hiss etdirməməyə çalışsa da, bu şairin  yaradıcılığında aydın şəkildə sezilib. Yazdığı şeirlərin əksəriyyətini oğluna həsr edir. Məhz Arif təxəllüsünü oğlunun ölümündən sonra götürmüşdür. Elə bu səbəbdən Xalq şairi hisslərini öz şeirində belə ifadə etmişdir:

Aləmi güldürən sözüm-söhbətim

Aləmi ağladan qəmim var mənim.

Övlad itkisinin ağırlığını çiyinlərində gəzdirən Hüseyn Arif həm gerçək bir lətifə qəhrəmanı idi. Şair o qədər şən, baməzə, hazırcavab insan idi kionun hər hərəkəti, danışığı maraqlı lətifəyə çevrilirdi. Hətta, ən çətin situasiyalarda belə, vəziyyətdən zarafat etməklə çıxırdı.

Şair həm gözəllik aşiqi olub. Gözəl qızlara, xanımlara şeirlər həsr edib. Deyilənə görə, Hüseyn Arifin ilk məhəbbəti uğursuz olub. Şairin ilk eşqi aşıq Mirzənin qızı Bənövşə olur. Lakin şair əsgərlikdə olanda, qız başqası ilə ailə həyatı qurur. Özündən yaşda xeyli kiçik, qızla evlənsə şair sevgi şeirlərinin əksəriyyətində ilk sevgisi Bənövşəni xatırlayır.

Hüseyn Arif poeziyasının, şeirlərinin mayası, mənbəyi xalq yaradıcılığından, elat ədəbiyyatından qaynaqlanır. Yaradıcılığının kökünü aşıq poeziyası, xalq yaradıcılığı təşkil edir. Onun şeirləri həlim, yumşaq, həm xalq ifadələri ilə zəngindir. Sətirlərə muncuq kimi düzülmüş misraları insanı yormur, incitmir. Bulaq suyu kimi qulaqlara axır, ürəyə süzülür. Folklor ədəbiyyatından, xalq yaradıcılığından güc alan şair öz şeirlərində Azərbaycanın hər qarış torpağını vəsf edir. Hüseyn Arifin şeirləri ölkəmizin təbiəti kimi gözəldir, rəngarəngdir. Bu şeirlərdə buludları dəlib deşən uca dağlar, bəzəkli xalçaya bənzəyən meşələr, göz yaşı kimi dumduru buz bulaqlar, Vətənin aranıyaylağı təsvir olunur.

Gəl çıxaq seyrinə uca dağların,

Çəmən olan yerdə xalça lazım.

Gözündən su içək buz bulaqların,

Lilpar olan yerdə dolça lazım.

Bütün keyfiyyətləriməziyyətləri unikal xarakteri ilə Hüseyn Arif xalqın sevimlisi olub. Cəmiyyət arasındakı hörmətindən irəli gələrək, şairə el arasında "qağa" deyə müraciət edirmişlər. Şair həm azad ruhluipə-sapa yatmayan biri olub. Məsələn, ona ürəyi istəmədiyi nəyisə məcbur etmək qeyri-mümkün idi. Çünki o, dar kabinetlərdə yox, geniş, gözəl  Azərbaycan təbiətində olmağı sevərdiXalq içində, el arasında olmaq ona daha xoş idi.

Hüseyn Arifin şeirlərinin ən həssas mövzularından biri ana mövzusu  olub. Şair ana məhəbbətini, ana qayğısını hisslərin ən alisi kimi qiymətləndirib, anaları müqəddəs varlıq, həyat eşqli, insanın ən gözəl dayaq nöqtəsi kimi vəsf edib. Anaları həyatın baş qəhrəmanı, hər əzab-əziyyətə dözən güclü, qüvvətli varlıq kimi görüb

Özüm bilmirəm, Hüseyn, niyə

Başımın tüstüsü çəkilir göyə?

Torpaqmı anasız qalmasın deyə,

Torpağın qoynuna köçür analar?

Hüseyn Arif "ölümün gözünün içinə dik baxan" insanlardan idi. Həyat eşqi ilə yaşayan şair ölümə sevgi bəsləyib. Bu dünyadan köçməyi məğlubiyyət, acizlik bilməyib. Bütünlüklə, Hüseyn Arif bu dünyanı da, o dünyanı da çatan-çatmayanı ilə sevib. Təbiətdən güc alıb təbiətə qayıdıb. Şair bu dünyaya əlvida deyib, haqq dünyasına köçdüyü zaman da təbiətlə təmasdatəbiət qoynunda olmağı seçib. 1924- il iyunun 15- indiki Ağstafa rayonunun Yeni gün kəndində anadan olan şair əbədi olaraq doğma el-obaya qovuşub. Belə ki, Hüseyn Arif 1992-ci il sentyabr ayının 14- Bakıda vəfat etsə , doğulduğu kənddə dəfn olunub. Şair ölümündən sonra da üzü  dağlara sarı, təbiətə çəkilib.

Ramidə YAQUBQIZI,

"Respublika".