Avropanın enerji xəritəsini dəyişən qaz boru kəməri
Siyasət

Avropanın enerji xəritəsini dəyişən qaz boru kəməri

2016- il may ayının 17- Yunanıstanın Saloniki şəhərində Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimi keçirilib inşasına başlanılıb.

Təməlqoyma mərasimində qeyd olunub ki, TAP Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq Yunanıstan, Albaniya Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılmışdı. Ümumi uzunluğu 878 kilometr olan boru kəmərinin 550 kilometri Yunanıstan ərazisini, 215 kilometri Albaniyanı, 105 kilometri Adriatik dənizini, 8 kilometri isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1800 metr), ən aşağı hissəsi isə (820 metr) dənizin dibindədir.

Vurğulanıb ki, Cənub Qaz Dəhlizi ilə Azərbaycandan Avropaya 10 milyard kubmetrdən çox qaz nəql olunacaq. Bu layihənin reallaşması ilə Avropa bazarında yeni qaz xətti yaranacaq. Buna görə, nəinki Cənub Qaz Dəhlizi, o cümlədən Yunanıstan-Bolqarıstan qaz interkonnektoru ilə bağlı işlər davam etdirilməlidir. TAP Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Nəticədə həm regional, həm Avropanın enerji mənbələrinin diversifikasiyası təmin ediləcək. Bundan əlavə, bu layihənin Yunanıstan üçün xüsusi geosiyasi iqtisadi əhəmiyyəti vurğulanıb. TAP həm Yunanıstan, həm digər Avropa bazarlarına yeni bir qaz təchizatı mənbəyi əlavə etməklə ölkənin regional enerji mərkəzi kimi formalaşmasına töhfə verəcək.

TAP-ın Yunanıstanın şimal hissəsi boyunca - Trakya Makedoniyada inşası ölkə tarixindəki ən böyük xarici sərmayələrdən biri idi. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilirdi. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazı Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malikdir. TAP layihəsi üzrə Albaniya, İtaliya Yunanıstan respublikaları arasında "Hökumətlərarası Saziş" 2013- ilin fevral ayında imzalanıb. TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.

Avropa üçün enerji təchizatında təhlükəsizliyin təmin edilməsi xeyli müddətdir prioritet sayılır. Bu isə qeyd olunan sahədə çoxlu sayda mənbələrə, şaxələndirilmiş enerji nəqlinə nail olmağı tələb edir ki, bu baxımdan, zəngin neft-qaz resurslarına malik Azərbaycana böyük ehtiyac var. Bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr təşkil edir. Bunun isə təkcə 1,2 trilyonu "Şahdəniz" yatağında yerləşir. Onu da qeyd edək ki, "Şahdəniz" dünyanın ən nəhəng qaz yataqlarından biridir. Odur ki, bu yatağın işlənməsi ilə Azərbaycan arasında münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə desək, enerji təhlükəsizliyi məsələsi hər iki tərəf arasında əməkdaşlığın mühüm tərkib hissəsini təşkil edir.

Xatırladaq ki, "Şahdəniz" yatağı Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Burada ilk qaz 1996- ilin 4 iyun tarixində imzalanan sazişə əsasən qazılmış quyu üzrə 2006- ilin noyabrında hasil edilib. Bu, 1-ci mərhələyə aid işlərin nəticəsi idi. Yatağın tammiqyaslı işlənməsi isə 2-ci mərhələyə aiddir. Belə ki, bu mərhələdə ildə əlavə 16 milyard kubmetr qaz hasil ediləcək. Məhz bu səbəbdən , "Şahdəniz" dünyanın ən böyük qaz layihələrindən sayılır. 2-ci mərhələdən çıxarılacaq 16 milyard kubmetr qazın 6 milyardı Türkiyəyə, 10 milyardı isə Avropaya nəql ediləcəkdi. "Şahdəniz-2" stimul yaradan əsas hadisə əslində, 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq enerji sahəsində Anlaşma Memorandumu olub. 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında TANAP - Trans-Anadolu Boru Kəmərinin çəkilməsinə dair tarixi sazişin imzalanması isə 2013- ildə "Şahdəniz-2" layihəsinə investisiya qoyuluşuna dair yekun qərara gəlmək üçün əsas yaratdı. Beləliklə , 2014- ildə Cənubi Qafqaz Boru Kəməri (GQBK) ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə isə Türkiyənin Qars vilayətində TANAP-ın özülü atıldı. GQBK-nın təməlinin qoyulması TANAP üçün əsas yaratdısa, Trans-Adriatik Boru Kəmərinin TAP-ın yaranmasını zərurətə çevirdi. Ümumiyyətlə, bütün bunları Cənub Qaz Dəhlizi adı altında birləşdirsək, hazırda sayca 4 layihə icra olunmaqdadır. Bunlar "Şahdəniz-2", GQBK, TANAP TAP-dır. Hansı ki, bütün bu işlərə 45 milyard ABŞ dolları həcmində vəsait xərclənib.

TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 31 dekabr 2020-ci ildən başlayıb. Ölkəmiz tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri vasitəsilə Avropa bazarına çıxarıb. Bununla da, dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına Azərbaycan öz ixrac imkanlarını şaxələndirib. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması bu nəhəng layihənin tam sistem kimi işə salınması Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi rolunu daha da gücləndirib. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasından sonra Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb.

Mustafa KAMAL,

"Respublika".