Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək
Gündəm

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Azərbaycana səfər edəcək.

Bu barədə "Respublika"ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

T. Klaarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.

Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir.