AVMVİB nümayəndələri Şəhid ailələrini ziyarət ediblər
Sosial həyat

AVMVİB nümayəndələri Şəhid ailələrini ziyarət ediblər

15 iyun Qurtuluş günü – Qurban bayramı ərəfəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə Ağsu rayonu, Ərəbuşağı kəndinin 11 şəhid ailəsi ziyarət olunub və onlara bayram sovqatı verilib.

Tədbirdə AVMVİB-nin sədr müavini – Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov, Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov, Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov, Binəqədi rayon şöbəsinin sədr müavini İlham Ağayev, Xocalı-Xankəndi rayon şöbəsinin sədr müavini İlham Qasımzadə, şəhid Aqil Əzizovun qardaşı Bayram Əzizov, Ağsu rayon şöbəsinin sədri Polad Mürsəlov, Ərəbuşağı kəndinin İcra nümayəndəsi İntiqam Əhmədov, Ərəbuşağı kənd Bələdiyyəsinin sədri Oqtay Abbasov iştirak ediblər.

Tacir SADIQOV,

“Respublika”.