Araz vadisi sənaye parkında 420-dən çox daimi iş yeri açılacaq
İQTİSADİYYAT

Araz vadisi sənaye parkında 420-dən çox daimi iş yeri açılacaq

“Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı dövlət başçısının 2021-ci ilin 4 oktyabr tarixli fərmanı ilə 200 hektarlıq ərazidə yerləşdirilib. Artıq sənaye parkında xeyli işlər görülüb”. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilir. Qurumun İdarə Heyəti sədr müavini Elkiyar Ziyadov deyib. Müəssisələrdə çalışacaq işçilər üçün şəhərcikdə 60 nəfərlik yataqxana, 36 nəfərlik yeməkxana, ofis, tibb məntəqəsi və s. quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. 630 Kv-luq transformator quraşdırılıb. İnzibati binanın tikintisi və parkın ərazisində dəmir yolunun layihələndirilməsi işləri görülür”. Qeyd olunub ki, Araz vadisi iqtisadi zonası sənaye parkının logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir.

“Respublika”.