Araz su anbarının iş rejimi və su bölgüsü müəyyənləşdirilib
Digər xəbərlər

Araz su anbarının iş rejimi və su bölgüsü müəyyənləşdirilib

Araz çayının su energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 52-ci görüşü Bakı şəhərində keçirilib.

Bu barədə AZƏRTAC-a "Azərbaycan Meliorasiya Su Təsərrüfatı" ASC-dən AZƏRTAC-a bildirilib.

Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin, Azərbaycan Ekologiya Təbii Sərvətlər Nazirliyinin Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının rejimi iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb Protokol imzalanıb.