Aprelin 5-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya

Aprelin 5-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

"Respublika" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-74, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacağı ehtimal edilir.