Ankarada avtodayanacağa F-4 təyyarəsindən parça düşüb
Dünya xəbərləri

Ankarada avtodayanacağa F-4 təyyarəsindən parça düşüb

Bu gün səhər saatlarında Ankarada panika yaradan hadisə yaşanıb.

Bu barədə "Respublika" "Milliyyet"ə istinadən xəbər verir. 

F-4 savaş təyyarəsinin yanacaq tankı, açıq avtodayanacağa düşüb. Can itkisi və yaralı olmayan hadisə nəticəsində üç avtomobil zərər görüb. Türkiyə Milli Müdafiə Nazirliyi araşdırmanın davam etdiyini bildirib. Savaş təyyarəsi Eskişehirə güvənli bir şəkildə eniş edib. 

Nurcan SÜLEYMANOVA,

"Respublika"