Ağdama qayıdırıq - ləyaqətlə, şərəflə, yeni arzularla
Digər xəbərlər

Ağdama qayıdırıq - ləyaqətlə, şərəflə, yeni arzularla

İki əsrdən çoxdur ki, vaxtilə qədim torpaqlarımıza, Qərbi Azərbaycana Qarabağa köçürülən ermənilər düşmənçilikdən, terrordan, hərbi təcavüzdənetnik nifrətdən əl çəkmirlərotuz ilə yaxın yurd yerlərimizi işğalda saxlayanazərbaycanlılara məxsus evləriictimai binalarıtəhsil mədəniyyət ocaqlarını, dini abidələri vəhşiliklə dağıdaraq məhv ediblər. Ermənilərin qanlı kirli caynaqlarının izi Ağdamda xüsusilə daha amansız şəkildə özünü göstərib. Xain düşmən Qarabağın muğam beşiyi, ziyalılar yurdu, qəhrəman oğulları ilə öyünən Ağdamıgözəl yaraşıqlı şəhəri bünövrəsinə qədər söküblər, bu qədim şəhərin xarabalıqları görənləri dəhşətə gətirir, uçuq divarların lal görkəmi ürək dağlayırermənilərin qədər vəhşi bir toplum olduğundan xəbər verir.

Bir güllə atılmadan erməni işğalından azad edilən Ağdama bir neçə dəfə səfər etmişəm hər dəfə şəhərin dağıntıları arasında R.Gözəlov küçəsindəki evimizi axtarsam da tapa bilməmişəm, abad səliqəli küçəmizi kol-kos basıb, xatirələrimizin beşiyini düşmən qəsdən bilərəkdən, qatı nifrət ruhunda dağıdıb. Doğulub boya-başa çatdığım Əliağalı kəndində isə məni varlığımı sarsıdan, qəlbimə köz kimi basılan dəhşətli bir mənzərə, düşmən tərəfindən viran edilmiş ata evimin qaralmış qalıqları qarşıladı. İkimərtəbəli evimizin daşı daş üstündə qalmayıb, həyətimizdəki meyvə ağaclarının hamısını doğrayan erməni faşistləri buradakı uşaqlıq xatirələrimin izini siliblər, üstündə iməklədiyim torpağın bağrına dağ basıblar, burada zərrə qədər həyat işartısı yoxdurSinəmdə boğulan hıçqırıqların göynərtisinə, səssiz axan göz yaşlarıma, ürəyimi titrədən həyəcanaevimizin yaralanmış daşlarına sığal çəkən əllərimin titrəyişinə mətin addımlarla mənə tərəf yaxınlaşan Azərbaycan əsgərinin gülümsər çöhrəsigözlərindəki inam elə bil sığal çəkdi, keçirdiyim yaralı kədərli hisslərin yerini qalib əsgərimizin doğma insan kimi mənə toxdaqlıq verməsi tutdu. Qeyd edim ki, bizim kənd Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına yaxın ərazidə yerləşir, ona görə burada əsgər zabitlərimiz xidmət keçirlər.

Ağdam  dünyada 10 ruhlar şəhərindən biridir. Vaxtilə bu şəhərdə 40 min nəfərə yaxın insan- rus, erməni, gürcü, ukrayn, Belarus digər xalqların nümayəndələri azərbaycanlılarla birlikdə mehriban şəraitdə yaşayıblarDağıdılmış, yandırılmış, viran edilmiş  erməni vəhşiliyinin şahidi Ağdam 2008-ci ildə "Lonely Planet" jurnalı tərəfindən "Qafqazın Xirosiması" adlandırılıb. 2010-cu ildə məşhur "Əl-Cəzirə"nin internet nəşri Ağdamı "Ruhlar şəhəri" siyahısına salıb.

Vaxtilə abad gözəl şəhər olmuş Ağdam təcavüzkar Ermənistanın  faşist rejimi tərəfindən yer üzündən silinib. Bu qədim tarixi olan şəhərdə ermənilərin törətdiyi vəhşilik, varvarlıq adamı dəhşətə salır. Qırx dörd günlük Vətən müharibəsində PrezidentMüzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharətiprinsipiallığıdəmir iradəsi Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya əraziləri boşaltmağa məcbur etdiAzərbaycan PrezidentiRusiya Prezidenti Ermənistan Baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 20- Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldıAzərbaycan Ordusu heç bir itkişəhid vermədənqan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu.  27 il 4 aydan sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı. Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan əsgəri sözün əsl mənasında xalqımızın şərəf qürur tarixini  yazıbTorpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuraraq doğma yurd yerlərimizi işğalçılardan xilas edib

Bu gün şanlı ordumuz Azərbaycanın ərazi bütövlüyünü əzmlə qoruyursərhədlərimizi qətiyyətlə müdafiə edir.   Şanlı qələbədən sonra işğaldan azad edilən bütün rayonlarda, o cümlədən Ağdamda çox əhəmiyyətli infrastruktur layihələr həyata keçirilir. Məlum olduğu kimi, Ermənistan otuz il ərzində zəbt etdiyi torpaqları başdan- başa minalayıbçoxlu sayda müdafiə istehkam xətləri yaradıbbir sözlətorpaqlarımızı ölümsaçan minalarla digər döyüş sursatları ilə zəhərləyibMənfur düşmən işğalda saxladığı rayonlarda nəinki bütün binalarıbütün tarixi abidələri, yolları dağıdıb eyni zamandahər tərəfi minalayıb. Özü   təkcə təmas xəttinə yaxın olan əraziləri yoxşəhərləriyollarıönəmli strateji yüksəklikləri minalayıb. Yerin üstündəki düşməni şanlı ordumuz məhv edərək torpaqlarımızı azad etdi, indi isə yerin altındakı düşmənlə-minalarla mübarizə aparılır.

Düz iki il yarım bundan əvvəl, gözəl bir yaz günündə Prezidentimizin rəhbərliyi ilə Ağdamda  bərpa yenidənqurma işlərinə başlanılıb, işlər sürətlə keyfiyyətlə aparılır, xarabalıqlar içərisindən yeni bir Ağdam boylanır nəhayət, dünyada hər kəs dağıdıcı Ermənistandan fərqli olaraq Azərbaycanın qədər qurucu dövlət olduğunu görür. Ağdamda çox böyük nəhəng işlərə, Ağdamın xarabalıqlarının yerində "ağıllı şəhər" tikilməyə başlanılıb. "Elə bir Ağdam quracağıq kibütün dünya üçün örnək olacaqdır". Ruhumuzu, duyğularımızı, arzularımızı təzələyən bu sözləri Azərbaycan xalqına misilsiz qələbə bəxş edən Qalib Ali Baş Komandan İlham Əliyev 2021-ci il mayın 28- Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyibYenidən tikilən hər bir yolməktəb yerimədəniyyət dini abidə davamlıdinc firavan bir gələcəyə doğru atılan zəfər addımıdır. O ilahi andan, tarixi qələbədən sonra ağdamlılar keçən hər günü şükranlıqlaminnətdarlıqlasevgiylə qarşılayır həsrətəkədərəayrılığa son qoyulduğu üçün xoşbəxtlərin xoşbəxtiyik deyirlər.

Ağdam rayon sakini, Qarabağ veteranı Səfər Cəfərov deyir:

- 44 günlük tarixi Zəfərdən dərhal sonra Müzəffər Ali Baş KomandanPrezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə geniş tikinti-quruculuq işlərinə başlanması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi üçün tapşırıqlarını verdiDigər ərazilərdə olduğu kimiAğdamda da genişmiqyaslı işlərə başlanıldıƏrazilərin minalardan təmizlənməsi ilə paralelşəhərin Baş Planı hazırlandıAğdamın qurulmasına start verildiHəyata keçirilən tikinti-quruculuq işləri onu göstərir kiazadlığına qovuşmuş Ağdama həyat yenidən qayıdırDövlət başçısının hər səfəri zamanı atdığı təməllər bizi müasirinkişaf etmiş böyük Ağdama yaxınlaşdırır.

Ağdam şəhər sakini, keçmiş məcburi köçkün İmdad Əliyev sevincini bölüşərək deyir:

- Sözün əsl mənasında həyatımıza Günəş doğub, arzuların qanadında uçuruqyuxularımızda gördüyümüz şəhərimizə indi ayaq basırıq, düşmən Ağdamı qədər dağıtsa da, uçurtsa da, yandırsa da onun quru torpağına qurban olum, bizə bu sevinci yaşadan şəhidlərimizin qarşısında baş əyirəm, qazilərimizin alnından öpürəmAğdamın tikilməsi bizə yeni bir həyat bəxş edib. Möhtərəm Prezidentimiz İlham Əliyev bölgələrə səfərləri zamanı görülən işlərlə yerində tanış olurtapşırıq tövsiyələrini veriryeni obyektlərin təməlini qoyurDövlətimizin başçısının səfərləri bir daha onu göstərir kiişğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən hər bir layihə dövlətimizin başçısının diqqət mərkəzindədir.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, birinci qrup əlil,  "Azərbaycan Bayrağı" ordenli Baxşeyiş Hətəmov deyir:

- İnanın ki, həyatımın ən xoşbəxt günlərindən birini yaşayıramMüzəffər Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yeni Ağdam tikilirSevincimizin həddi-hüdudu yoxdur, uzun illər həsrətini çəkdiyimiz yurd yerinə qayıdırıq, əcdadlarımızın torpağına sahib çıxırıqBu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev nəsib etdiBu qürur xoş hissləri təkcə bizə yoxkeçmiş məcburi köçkünlərə yoxbütün Azərbaycan xalqına bəxş edib. Bizim itmiş inamımız qaytarılıbBizim ölməkdə olan ümidlərimiz yenidən dirçəldilib, taleyimizə şərəfli günlər yazılırBelə başa düşürəm kidünyada Ağdamın bənzəri olmayacaqPrezidentimizə, Qalib Ali Baş Komandana dərin minnətdarlığımı bildirirəm.

Ağdamın işğalından sonra anadan olan Eldar Rüstəmov doğma şəhər haqqında valideynlərindən eşidib, onu şəkillərdə görüb. Eldar həqiqi hərbi xidmətini işğaldan azad edilən ərazilərdə keçib düşmənin törətdiyi vəhşilikləri görüb. Eldar deyir:

- Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri ilə maraqlanması gündəlik nəzarətində saxlaması hər birimizdə əminlik yaradır kiqısa müddətdə doğma Qarabağımız cənnətə çevriləcəkMöhtərəm Prezidentimizin bu səfərləri hər bir qarabağlı tərəfindən böyük rəğbət sevinc hissi ilə qarşılanırBiz ağdamlılar inanırıq kiqısa zaman kəsiyində təkcə Ağdamımız yoxişğaldan azad edilmiş bütün şəhər kəndlərimiz gülüstana çevriləcək.

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva mayın 2- Ağdama növbəti səfəri zamanı Rəqəmsal İdarəetmə Mərkəzi Təlim-Tədris KompleksininAğdam Muğam Mərkəzinin,  2-ci 3- yaşayış məhəllələrinininzibati binanın təməlini qoyubBərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olublarQeyd edək ki, rayonun enerji təsərrüfatı tam yenidən qurulur. Ağdam rayonu ərazisində yerləşən infrastruktur strateji obyektlərin ilkin mərhələdə elektrik təchizatı üçün 28 kilometr məsafədə 10 kV-luq hava elektrik verilişi xətləri çəkilib,  7 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıbHazırda isə 35 kV-luq "Ağdam-1" "Ağdam-2" yarımstansiyalarının tikintisi bu yarımstansiyaların qidalandırılması üçün 35 kV-luq kabel xətləri çəkilirAğdam regionun ən böyük sənaye şəhərlərindən biri olacaq, burada yaradılan Sənaye Parkı Ağdam brendi ilə məhsullar istehsal edəcək. Həmin gün Ağdam şəhərində muğam mərkəzinin təməli qoyuldu. Xatırladaq ki, qədim zəngin mədəniyyətimizin vizit kartı muğameyni zamandaxalqımızın malik olduğu milli mədəniyyətin koloritihər birimizin mənəvi ruhi qidasıdırDünyanın sənət incilərindən olan muğamın təbliği inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da layiqli töhfələr verir

Yeni Ağdam şəhərində 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulub. İki il bundan əvvəl Ağdam şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub hazırda burada tikinti işləri sürətlə aparılırDövlətimizin başçısı birinci xanım Ağdam şəhərində salınacaq 2-ci 3- yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaqMəhəllə Ağdamın mərkəzi küçəsindəşəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaqBu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə, 1268 mənzil olacaqMənzillərdən 114- birotaqlı,  464-nün ikiotaqlı,  536- üçotaqlı, 154-ü isə dördotaqlı olacaqBurada idman meydançalarınınistirahət guşələrininvelosiped dayanacaqlarının digər zəruri infrastruktur obyektlərinin yaradılmasıgeniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Bütün binalar daimi suelektrik yüksəksürətli internet ilə təmin ediləcəkİstilik isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcəkQeyd edək ki, təməli 2021-ci il mayın 28- Prezident İlham Əliyev tərəfindən qoyulan Qarabağ bölgəsinin ən qədim məktəbi-şəhər 1 saylı təhsil ocağı da yeni məhəllənin ərazisindədir. 17 hektara yaxın olan 3- yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir bu hissələrdə əhalinin sıxlığı azdırBu məhəllədə tikiləcək yaşayış binaların da ümumi sahəsi 120 min kvadratmetr təşkil edir 1239 mənzilli binada 25 birotaqlı,  396 ikiotaqlı,  533 üçotaqlı,  285 dördotaqlı mənzil olacaq.

Düşüncələr, arzular, gələcəyə baxışlar, qətiyyətli addımlar bizi yeni Ağdama aparır, itirilmiş yurd yerinə qayıdış, özü ləyaqətli şərəfli qayıdış Qalib Ali Baş Komandan İlham Əliyevin "vur" əmri ilə başlandı,  "Dəmir Yumruq" isə Qarabağın Şərqi Zəngəzurun düşməndən azad edilməsi ilə göylərə ucalıb.

Salman ALIOĞLU,

"Respublika".