AĞACƏKMƏ KAMPANİYASI
Region

AĞACƏKMƏ KAMPANİYASI

Heydər Əliyev - 100

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə münasibətilə Mingəçevir şəhərində həyata keçirilən silsilə tədbirlər sırasında ağacəkmə kampaniyasının da xüsusi önəmi var. Şəhərin Heydər Əliyev prospektindəki Heydər Əliyev Xiyabanında həyata keçirilən ağacəkmə kampaniyasında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul əməkdaşları, 8 saylı ərazi ekologiya və təbii sərvətlər idarəsinin nümayəndələri, yaşıllaşdırma və sanitar təmizlik idarəsinin kollektivi, mətbuat işçiləri iştirak ediblər. Ərazidə 118 ədəd sərv ağacı əkilmişdir. Fiziki cəhətdən ömrünü başa vurmuş ağaclar budanmış, ərazi başdan-başa səliqəyə salınmışdır. Yaşıllaşdırma və sanitar təmizlik idarəsinin kollektivinin səyi nəticəsində əraziyə su xətləri çəkilmiş, ağacların vaxtlı-vaxtında suvarılması üçün məqsədyönlü tədbirlər görülmüşdür. Məlumat verilmişdir ki, ilin əvvəlindən bu günədək şəhərin ayrı-ayrı yaşıllıq zolaqlarında 10 mindən çox müxtəlif növ ağac tingləri və dekorativ güllər əkilmişdir.

Zabit XƏLİLOV,

"Respublika".