Afina səması qızılı rəngə büründü
Dünya xəbərləri

Afina səması qızılı rəngə büründü

Şimali Afrikadan gələn səhra tozu küləklərin təsiri ilə Afina səmasını bürüyüb.

"Respublika" bu barədə "Hürriyet" nəşrinə istinadən xəbər verir.

Yunan Ağciyər Xəstəlikləri Dərnəyi şəhərin üzərinə çökən dəmir tərkibli toz buludunun görmə qabiliyyətinə təsir etdiyi, atmosferdəki toz hissəciklərinin tənəffüs xəstəlikləri olanlar üçün təhlükə yaratdığı barədə xəbərdarlıq edib. 

Afina Rəsədxanası Elmi-Tədqiqat İnstitutu narıncı səma haqqında belə deyir: “Günəş qürub edən zaman onun şüaları atmosferdəki toz təbəqəsinə düşür. Bu, səmada böyük yanğınlarda və vulkan püskürmələrində görünən narıncı rəngi yaradır".

Şəhərin üzərinə çökmüş səhra tozunun bu gündən etibarən dağılacağı gözlənilir.

Arzu BAXŞIYEVA,

"Respublika".