ADAU ilə Yozgat Bozok Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb
Digər xəbərlər

ADAU ilə Yozgat Bozok Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb

Yozgat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) ziyarət edib. Qonaqlarla səmimi görüşən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin xarici əlaqələri, ikili diplom proqramları və maddi-texniki bazası haqqında ətraflı məlumat verdikdən sonra ADAU-nun tanıtım çarxı nümayiş olunub.

Yozgat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ da təmsil etdiyi qurum haqqında geniş məlumat verib. O, toxumçuluq sahəsində birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin önəmindən bəhs edib. Sonda hər iki rektor universitetlər arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Zabit XƏLİLOV,

"Respublika".