Ermənistanın mənasız ümidləri
Digər xəbərlər

Ermənistanın mənasız ümidləri

Azərbaycan tarixi Zəfər əldə etsə Hayastan onun havadarları pis xislətlərindən əl çəkmirlər. Özünü Ermənistanın himayədarı elan edən İran 30 ildən çoxdur ki, bütün antitəbliğat vasitələrini işə salaraq ölkəmizə qarşı yalan, böhtan yağdırır. İşğal müharibə dövründə bu əməllərini, düşmənə yardımlarını gizli saxlamağa çalışsa da, bütün bunlar özünü tarixi qələbəmizdən sonra açıq-aşkar şəkildə büruzə verir. İran çoxmillətli ölkədir, azərbaycanlılar isə burada çoxluq təşkil edir. Buna baxmayaraq, Hayastanı dəstəkləyir ərazisində yaşayan soydaşlarımızın bütün haqlarını tapdalayır.

Azərbaycanlıların ana dilində oxumaq, yazmaq, təhsil almaq, kütləvi informasiya vasitələrinə sahib olmaq hüquqları tam məhdudlaşdırılır.

İran müharibə öncəsi sonrakı dövrdə daima özünü bizim "din qardaşımız" adlandırırdı. Belə bir sual yaranır, əgər müsəlmançılıq, onun bütün qayda qanunlarına riayət etmək mütləq şərtdirsə, nəyə görə "din qardaşımız" bizim doğma torpaqlarımızda ermənilər məscidləri dağıdıb, tövlə halına salıb içində donuz, inək saxlayan zaman buna göz yumurdu?

Bütün dinlərdə ibadət evləri müqəddəsdir, Hayastan üçün isə bunun önəmi yoxdur. Bəllidir ki, orada yüzlərlə ev olmasına baxmayaraq, sırf məscidlərdə donuz saxlamaları qəsdən edilmiş bir hərəkətdir. vaxtsa bu torpaqlardan gedəcəklərini arzuedilməz qonaq olduqlarını bildikləri üçün əllərindən gəldiyi qədər dağıdıb, məhv etməyə, necə deyərlər daş üstündə daş qoymamağa çalışıblar. Lakin bu, bizi ruhdan salacaq bir amil deyil. Hazırda həmin ərazilərdə yenidənqurma, bərpa işləri sürətlə davam edir. Azərbaycan tolerant ölkədir onun ərazisində Konstitusiyamızın tələb etdiyi qaydalara əməl etmək şərtilə bütün azlıqlar, din nümayəndələri rahatlıqla yaşaya, öz ibadətlərini edə bilərlər. Azərbaycan bütün dinlərə hörmət edir Qərb qonşumuzdan fərqli olaraq, ölkəmizdə fəaliyyət göstərən dini məbədləri, kilsələri sinaqoqları mütəmadi şəkildə təmir etdirir.

İran əhli-beytləri müharibədən sonra İrəvana axın edib, Ermənistana dəstəklərinin ardı-arası kəsilmir. Ötən ilin sonunda İranın "beynəlxalq" Əhli Beyt təşkilatının rəhbəri Ayətullah Həsən Əxtari İrəvana erməni kilsəsinin dəvəti ilə gedib orada çıxışı zamanı bildirib ki, ermənilər iranlılar qardaş xalqlardır. Görünür, İran Hayastan özlərinə tarixi qardaşlığı nümunə götürür. Gülünc vəziyyət isə odur ki, özünü daima türklərə bənzətməyə, bütün ideologiyaları, tarixi oğurlayıb özününküləşdirməyə çalışan Ermənistan indi özünə yol yoldaşı tapıb. Ermənilərin qondarma dövlətini isə hər olur-olsun dəstəkləməkdən geri çəkilmir. Ermənistan tərəfi açıq şəkildə bəyan edir ki, 90- illərdə İran Ermənistan üçün bir nəfəslik olub. Hazırkı dövrdə Levon Ter-Petrosyanın dediyi kimi, "Ermənistan üçün həyat yolu" funksiyasını yerinə yetirir. Allahsızlar ölkəsinin İslama sığınması necə deyərlər, "dənizə düşən ilana sarılar" məsəlini xatırladır. Əlbəttə, məlum məsələdir ki, Hayastanın riyakarlığı lazım olanda kiməsə sığınması tarix boyu davam edən ənənəsidir. Rusiya kimi, Cənub qonşumuzun da yarı yolda qalması, Ermənistanın İranla işi bitəndə ondan üz çevirib necə deyərlər yeni limanlara yelkən açması ehtimalı da yüksəkdir. Ümid edirik, İranın taleyi el arasında deyildiyi kimi, "müsəlmanın sonrakı ağlı" məsələsinə dönməz. Çünki sonrakı peşmanlıq qədər etsəniz , fayda vermir...

Töhfə SƏMƏDOVA,

"Respublika".