ABŞ Yaxın Şərqə döyüş gəmiləri göndərir
Dünya xəbərləri

ABŞ Yaxın Şərqə döyüş gəmiləri göndərir

ABŞ İranla gərginliyin artması fonunda Yaxın Şərqə dəniz ekspedisiya bölməsi və əlavə döyüş gəmiləri göndərəcək. 

“Respublika” xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin açıqlama verib.

Bildirib ki, Hörmüz boğazına “USS Bataan” və “USS Carter Hall” desant gəmiləri göndəriləcək. 

Onun sözlərinə görə, əlavə qüvvələr beynəlxalq ticarətin sərbəst axınını və qaydalara əsaslanan beynəlxalq asayişi təmin edəcək. 

Jalə QASIMZADƏ, 
“Respublika”.