Abel Məhərrəmov: Heydər Əliyev Azərbaycan xalqını xilas etdi
Gündəm

Abel Məhərrəmov: Heydər Əliyev Azərbaycan xalqını xilas etdi

“Siyasi vəziyyətin gərgin olduğu dövrdə Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını xilas etdi. Məhz, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrildi”. 

“Respublika” xəbər verir ki, bunu Akademik Abel Məhərrəmov Qərbi Azərbaycanın Amasiya rayon İcmasının təşkilatçılığı ilə keçirilən “Dövlət siyasətimizin və qələbəmizin uğurları” adlı konfransda çıxışı zamanı bildirib. 

Akademik, həmçinin Qarabağda keçirilən antiterror tədbirləri barədə də danışıb. Abel Məhərrəmov bu tədbirləri yüksək qiymətləndirib.

Nəzrin ELDARQIZI,

“Respublika”.