5 saylı Məntəqədə fəallıq var
Gündəm

5 saylı Məntəqədə fəallıq var

7 Saylı Səbail seçki dairəsinin 5 saylı seçki məntəqəsi də seçicilərinin fəallığı ilə fərqlənir. Məntəqənin sədri Afaq Vəliyeva saat 12-yə qədər olan vəziyyətlə bağlı açıqlamasında dedi: “Seçki səhər saatlarında start götürdü. Çox böyük ruh yüksəkliyi ilə seçicilərimiz səsvermədə iştirak edirlər. Hər şey qanunauyğun, şəffaf və mütəşəkkil keçir. 4 saatda məntəqəmizdə 190 nəfər səs verib. Məntəqəmizə ünvanlara daşınan qutularla bağlı 3 nəfərin müraciəti daxil olub”.

Aiza ŞABANOVA,

"Respublika".