Qəbələdə keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları müəyyənləşib
İdman

Qəbələdə keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları müəyyənləşib

İyunun 2-3-də basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Qəbələ mərhələsi keçiriləcək.

"Respublika" xəbər verir ki, yarışda, Azərbaycan, Polşa, İtaliya, Portuqaliya, Rumıniya yığmaları ilə yanaşı, "Barselona Panters" (İspaniya),"Varşava Lotto"(Polşa) və ölkəmizi təmsil edəcək yeni yaranmış "Baku Flames" klubları da iştirak edəcək.

Qeyd edək ki, bu, Qadın Seriyasının builki 3-cü mərhələsidir.